Gimnastlarımız Dünya Kubokunda çıxış ediblər | 1news.az | Xəbərlər
İdman

Gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

18:04 - 05 / 07 / 2016
Gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib.

1news.az-ın məlumatına görə, kişi idmançıların yarışında ölkəmizi Murad Ağarzayev və Daniel Lukas təmsil edib.

Böyüklər arasında ilk dəfə çıxış edən Ağarzayev dəstəli at üzərində finalda 4-cü, sərbəst hərəkətlərdə 5-ci, turnik üzərində 6-cı, dayaqlı tullanmada 7-ci, parallel qollar və halqalar üzərində hərəkətlərdə isə 8-ci nəticəni göstərib.

Lukas isə dayaqlı tullanma üzrə finalda 5-ci yerdə qərarlaşıb.

1news.az

Paylaş:
708

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər