MFL-də “All Stars” döyüşü başlayır | 1news.az | Xəbərlər
Futbol

MFL-də “All Stars” döyüşü başlayır

10:50 - 24 / 11 / 2016
MFL-də “All Stars” döyüşü başlayır

Küçə futbolunda yeni kult yaradan MFL meydanda başını və ayağını işlədə bilənləri bir araya toplayır. 42 komandadan təxminən 700 oyunçunun qatıldığı liqada iştirak edən “A” və “B” konferensiyaları yenidən üz-üzə gəlir.

1news.az-ın verdiyi xəbərə görə, bu dəfə onlar “All Stars” adı altında küçə futbolunda kimin nəyi bacardığını aydınlaşdıracaqlar.

“Divlərin döyüşü”ndə meydanın bir küncündə “A” Konferensiyasının ən güclüləri toplanıb! Meydanda onlarla qarşılaşan gücün nə demək olduğunu anlayır. Rəqib müdafiəyə keçibsə, o zaman yerini möhkəmlətsin. Çünki "pressinq-hücum" onların oyun üslubudur. Fiziki gücləri və döyüşçü cüssələri ilə meydanda qasırğa yaradan "A" Konferensiyası əsl küçə futbolu taktikasıyla gəlir!

Meydanın digər küncündə “B” Konferensiyasının “ağır artilleriya”sı dayanıb! Dəqiq hücum, kombinasiyalı oyun, şəxsi fiziki göstəriciləri sayəsində qarşısıalınmaz sürət – bax, bu keyfiyyətlər onları meydanda məğlubedilməz edir! Mükəmməl driblinqləri və çaşdırıcı fintləri ilə rəqibə göz açmağa imkan verməyən “B” Konferensiyası ilə qarşılaşmağa hazır olun!

Möhtəşəm qarşılaşma noyabrın 26-da, saat 15:00-da MFL-in “doğma divarları” arasında – “Sportster” meydançasında baş tutacaq. Bütün küçə futbolu həvəskarlarını bu qarşılaşmanı meydanında izləməyə dəvət edirik. Oyun MFL-in facebook səhifəsində canlı yayımlanacaq. Medianın da dəvət olunacağı bu mükəmməl qarşılaşmadan əvvəl və sonra konferensiyaların ulduzları ilə müsahibələr, eləcə də peşəkar çəkiliş planlaşdırılır.

MFL All Stars” qarşılaşmasının qalibini nə gözləyir? Bu döyüşdən qalib ayrılan komanda dünyanın futbol ulduzları ilə görüşəcək! Bir zamanlar azarkeşlər tribunasından izlədikləri əfsanəvi oyunçuların rəqibinə çevriləcəklər!

1news.az

Paylaş:
1050

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər