Novruz Məmmədov: Ermənsitan hələ ki, öz mövqeyini dəyişmək istəmir
Ermənistan tərəfi özünü yenə də konstruktiv apara bilmir, vaxtı uzatmağa, status-kvonu saxlamağa var qüvvəsilə cəhd göstərir. Mənim təəssüratım, məndə olan məlumat budur.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov jurnalistlərə deyib.
PA rəsmisi qeyd edib ki, baxmayaraq ki, Azərbycan və Rusiya tərəfindən müəyyən təzyiqlər göstərilir, amma Ermənistan hələ ki, öz mövqeyini dəyişmək istəmir:
"Bu da görünür ki, Ermənistan rəhbərliyinin, Sarkisyanın, Nalbandiyanın maraqlarına uyğun gəlir. Onlar hələ də başa düşə bilmirlər ki, tamamilə səhv yoldadırlar və bu yol onları hara aparıb çıxarır? Bu haqda düşünməklərinin artıq vaxtı gəlib çatıb".
S.Xankişiyeva