Cəlilabad sakini öz evlərindən oğurluq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabad sakini öz evlərindən oğurluq etdi

15:19 - 11 / 05 / 2017
Cəlilabad sakini öz evlərindən oğurluq etdi

Cəlilabad rayonunda evlərdən birində oğurluq olub.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 8-nə keçən gecə Cəlilabad rayonunda yaşayan Əfqan İsmayılovun evindən 2500 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qızıl əşyaların onun oğlu Adəməli tərəfindən oğurlanması müəyyən edilib.

Babək Cahandarov

 

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər