Erməni əsilli məhkum həbsxanaya köçürülüb | 1news.az | Xəbərlər
Ermənistan

Erməni əsilli məhkum həbsxanaya köçürülüb

11:31 - 09 / 12 / 2017
Erməni əsilli məhkum həbsxanaya köçürülüb

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanov saxlanıldığı cəzaçəkmə müəssisəsindən həbsxanaya köçürülüb.

1news.az-ın verdiyi xəbərə görə, Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.

Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, hökmdən apellyasiya şikayəti təmin edilməyib. Cəzaçəkmə müəssisəsinin rəisi M.Ueldanovun həbsxana rejimli müəssisəyə keçirilməsi üçün Xəzər rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə rəisin təqdimatını təmin edib və Mş.Ueldanov Qobustan qəsəbəsində yerləşən həsbxanaya köçürülüb.

Lakin M.Ueldanov bu qərardan apellyasiya şikayəti verərək cəzaçəkmə müəssisəinə qaytarılmasını istəyib. Onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun icraatında dekabrın 12-də baxılacaq.

S.Xankişiyeva

 

 

Paylaş:
907

Son xəbərlər

Bütün xəbərlər