#MFLstars: “Bakılı qartallar”: Futbolu yalnız dostlarımızla oynayırıq – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

#MFLstars: “Bakılı qartallar”: Futbolu yalnız dostlarımızla oynayırıq – FOTO – VİDEO

15:15 - 21 / 12 / 2017
#MFLstars: “Bakılı qartallar”: Futbolu yalnız dostlarımızla oynayırıq – FOTO – VİDEO

Azərbaycanda həvəskarlar arasında mini futbol liqasının (MFL) birinci mövsümü öz ətrafında olduqca maraqlı komandaları topladı. Həmin komandalar hətta ikinci mövsümdə də çıxışlarını davam etdirdi.

 “Baku Eagles” da həmin komandalardan biridir. Lakin ötən mövsümdə əsasnaməni pozduqları üçün turnirin pley-off mərhələsinə yüksələ bilmədilər.

1news.az #MFLstars layihəsi çərçivəsində “Baku Eagles” komandası ilə görüşərək oxucuları kollektivlə daha yaxından tanış etmək qərarına gəlib.

Komanda ilə görüşmək çox da asan olmadı. Belə ki, onlar paytaxtdan uzaqda yerləşən Bakı Atıcılıq Mərkəzində məşq edirlər. “Qartal”lar komandasının kapitanı İlkin Tahirovdur:

“MFL digər həvəskar liqalardan çox fərqlənir. Turnirin təşkilatçılığı və rəqiblərin səviyyəsi çox xoşumuza gəldi. Ölkənin ən güclü həvəskar komandaları məhz burada oynayırlar”.

“Baku Eagles” komandasının sakit olmasına baxmayaraq, iddialı futbolçusu Elçin Mütəllimov bildirib ki, komanda bu il yalnız və yalnız “qızıla” köklənib:

“Bu il çempion olmaq istəyirik. Rəqibimizin kim olacağı vacib deyil. Bu il liqada rəqibimiz yoxdur”.

“Bütün matçlara çox ciddi hazırlaşırıq. Uşaqlar bir-birini meydanlarda çox yaxşı anlayırlar. Buna görə də hər zaman eyni yerdə matçlar keçiririk. Biz tərəfdən rəqibimizin qiymətləndirilməməsi məsələsi yoxdur (gülür)”, - bunu “Baku Eagles” komandasının bombardiri Sadiq Süleymanov bildirir.

“Baku Eagles”ın oyunçuları maraqlı söhbətlərindən komandanın MFL-lə bağlılığını qısa zamanda anlamaq olur. Komandanın kapitanı görüşə zədələnmiş ayağı ilə gəlmişdi. Lakin zədəyə baxmayaraq əgər 10 dəqiqə sonra oyun olsa kapitan da oynamağa hazırdır.  

Lakin müsbət məqamların olmasına baxmayaraq, söhbət əsasnamədən getdikdə kapitanın üzünü kədər bürüdü. Ötən mövsümdə komandanın tərkibində əsasnaməni pozan “saxtakarlıq” aşkarlanmışdı. Lalin İlkin Tahirov məsələyə dərhal aydınlıq gətirdi:

“Futbolda belə məqamlar olur. MFL-də hər kəs bilirdi ki, əsasnamədən xəbərimiz yox idi. Bütün kapitanlar komandadakı saxtakarlıqdan xəbərdardır, lakin buna göz yumurlar. Hər kəsə məsləhətim – MFL-in qaydalarını pozan futboçulardan dərhal uzaqlaşsınlar. Yoxsa hər kəsi bizim tale gözləyir”.

Komanda bir-birini uzun illər tanıyan dostlardan formalaşıb. Komandanın ilk oyunçularından biri Sərxan Vəliyevdir. O, komandanın məşqləri ilə bağlı danışdı:

“Matçlardan başqa, həftədə 1 və ya 2 dəfə məşqlərə toplaşırıq. Uşaqlar bir-birini çox yaxşı tamamlayır. Komandamızın uğuru ondan ibarətdir ki, biz sözün əsl mənasında komandayıq. MFL-də oynamaq bizi sözün əsl mənasında dəyişib. Gələcəkdə də bu ənənəni qoruyub saxlayacağıq”.

Komandanın kapitanı Sərxanın sözünü kəsərək bir xatirəsini bölüşür:

“Keçmişə nəzər saldıqda Sərxan və Elçinin peşəkar futbolçu ola biləcəklərini anlayıram. Bu uşaqlarla uzun müddətdir ki, tanışam. Lakin onlar peşəkar futbolçu olmadıqlarına çox təəssüf edirəm. İnanın, öz istedadları ilə onlar yığmanın digər oyunçularından geri qalmırlar”.

 “Bəs nədən peşəkar futbolçu olmadınız” sualına Sərxan zarafatcasına cavab verir:

“Sosial problemlər vardı. Sözün düzü həmin vaxtlar universitetə qəbul oldum və futbolu unutdum. Bəlkə də 12 il əvvəl indiki kimi şərait olsaydı, hər şey başqa cür olardı”.

Ötən mövsümdən fərqli olaraq MFL-in hazırki çempioantında çox dəyişikliklər edilib. Komandalar futbola adi deyil, “cəngavərlər üçün meydan” kimi baxmağa başladılar. Komandalar final oyunlarından sonra öz tərkiblərini genişləndirməyə başladılar. Bu da liqada güc bərabərliyini dəyişdi. Lakin “Baku Eagles” ötənilki tərkibini qoruyub saxlaya bildi və həvəskarlar liqasında transfer təcrübəsinə qarşı çıxış etdi.

“Hər zaman oyunlarımızı daha da mükəmməlləşdirməyə çalışırıq. Komanda dostlardan formalaşıb, hər zaman da belə olacaq. MFL-də bir çox komdandalar kənardan oyunçu cəlb edərək onlara məvacib ödəyirlər. Bizim komandadan olan oyunçulara da digər komandalarda oynamaq təklif olunmuşdu, lakin biz qardaşıq. Yalnız meydanda deyil, ondan kənarda da dostluğumuz davam edir”, - deyə İlkin Tahirov dedi.

Tərcümə: S.Xankişiyeva

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

 

 

 

Paylaş:
806

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər