ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunları ilə bağlı hesabat yayıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunları ilə bağlı hesabat yayıb

11:04 - 03 / 03 / 2018
ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunları ilə bağlı hesabat yayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunlarına dair hesabat yayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə,hesabatda deyilir ki, aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycan Respublikası Hökumətinin dəvətindən sonra ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri seçkilərə hazırlığı və ölkəmizdəki seçkiöncəsi mühiti öyrənmək məqsədilə fevralın 21-22-də Bakıda səfərdə olub. Hesabatda səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verilir.

Hesabatın nəticəsinə görə, ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərməyi tövsiyə edir. Həmçinin hesabatda bütövlükdə seçki prosesini izləmək məqsədilə uzun müddət üçün 30 müşahidəçinin və səsvermə günündə müşahidələr aparmaq üçün isə 280 nümayəndədən ibarət qısamüddətli missiyanın göndərilməsi tövsiyə olunur.

S.Xankişiyeva

Paylaş:
639

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər