Senat sədri: Azərbaycan İtaliya üçün önəmli tərəfdaşdır | 1news.az | Xəbərlər
Siyasət

Senat sədri: Azərbaycan İtaliya üçün önəmli tərəfdaşdır

12:35 - 23 / 05 / 2018
 Senat sədri: Azərbaycan İtaliya üçün önəmli tərəfdaşdır

İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, Senatın sədrinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ərəfəsində qəbul edildiyinə görə təşəkkürünü bildirən Məmməd Əhmədzadə bu Cümhuriyyətin müsəlman Şərqinə gətirdiyi yeniliklər və Azərbaycan tarixindəki rolu barədə məlumat verib.

Diplomat Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi inkişaf yolundan, ölkəmizin əldə etdiyi nailiyyətlərdən, Azərbaycan-İtaliya strateji tərəfdaşlığından, iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, önəmli iqtisadi əməkdaşlıqdan, Cənub Qaz Dəhlizindən, habelə Heydər Əliyev Fondunun iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına verdiyi töhfələrdən danışıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıran İtaliya Senatının sədri Maria Elisabetta Kasellati Azərbaycanın zəngin tarixi-mədəni irsinə dərin rəğbət bəslədiyini deyib, ölkəmizin müstəqillik və inkişaf yolunda əldə etdiyi nailiyyətləri, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri, Şərq və Qərb arasında strateji körpü rolunu yüksək qiymətləndirib.

Azərbaycanı İtaliya üçün önəmli tərəfdaş adlandıran Senatın sədri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı mübadilələrin davam etdirilməsinin və birgə tədbirlərin təşkilinin önəmli olduğunu bildirib.

Görüşdə, habelə regional təhlükəsizlik mövzuları, ölkəmizin multikulturalizm ənənələri və Azərbaycan-İtaliya əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
324

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər