Deputat: Rüstəm İbrahimbəyovun Azərbaycan vətəndaşı olmağa haqqı yoxdur

Cəmiyyətdə kimdənsə incimək olar, iqtidara qarşı müxalifətdə olmaq, kimdənsə xoşun gəlməyə bilər, bütün bunlar təbii haldır. Amma özünün şəxsi maraqlarına görə kimlərisə deyil, bütövlükdə millətini ittiham edib aşağılayırsansa, təhqir edirsənsə, bunun bir adı var, haramzadə.
Bu fikirləri 1news.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, R.İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir:
“Bizim ata babalarımızdan gələn bir deyim var: əslin danan haramzadədir. Rüstəm İbrahimbəyov özünün nəslin, kökün, milliliyin, soyun, kimliliyin danıb, bütövlükdə millətə qarşı çıxıb. Bu, ən böyük cinayət, namərdlik hesab olunur. Bu adam uzun illərdir erməni xüsusi kəşfiyyat orqanları, Rusiyanın xüsusi kəşfiyyat orqanları tərəfindən ələ alınmış, istiqamətli işləmək üçün hazırlanmış bir şəxsdir. Bir onun davranışına, görüntülərinə, fizionomiyasına baxın, mən onun damarında axan qana da şübhə edirəm. Fizionomiyasında türkə, azərbaycanlıya aid bir işarə yoxdur. Qeyri- millətin nümayəndəsi, bizə düşmən ola millətin nümayəndəsi kimi görünür. Nə qədər şərəfsiz, alçaq olasan ki, özünün şəxsi ambisiyalarına, siyasi baxışlarına görə millətini təhqir edəsən, alçaldasan.
Hesab edirəm ki, ona ən güclü cəza tədbiri ümumxalq qınağı ola bilər. Bu adama qarşı ümumxalq nifrəti, etirazı yaranmalıdır”.
Bundan başqa, E.Məmmədov təklif edib ki, İbrahimbəyovun Azərbaycanda olan fəaliyyəti hüquq- mühafizə orqanları tərəfindən çox dərindən yoxlanılsın:
“O, milləti təhqir edib və buna görə də hüquq-mühafizə orqanları çox ciddi münasibət bəsləməli, Rusiyaya da çox ciddi etirazımızı bildirməliyik ki, ona şərait yaradıb. Eyni zamanda həmin filmin əsas hissəsi Gürcüstanda çəkilib və rejissor Eldar Şengelayadır, onlara da etiraz etməliyik. Uzun illərdir ki, Gürcüstanın bütün iqtisadiyyatı, gəlirləri, dolanışığı Azərbaycanın hesabınadır. Gürcüstan hökuməti də bu barədə məlumatlandırılmalıdır ki, sizin ərazidə bizə qarşı belə film çəkilir, hərərkətlər olur. Bütün istiqamətlərdə millətimizə qarşı olan bu təhqiri, alçaldıcı münasibəti analiz edib, buna qarşı mübarizə aparmalıyıq”.
Deputat əlavə edib ki, Rüstəm İbrahimbəyov kimilərin Azərbaycan vətəndaşı olmağa, Azərbaycan pasportu gəzdirməyə, Azərbaycanda nəyəsə malik olmağa haqqı yoxdur:
“Zori balayanlar, sarkisyanlar, koçaryanlar, petrosyanlar düşməndirlər, amma bu hərəkəti ilə Rüstəm İbrahimbəyov Azərbaycan millətinə, xalqına, dövlətinə o düşmənlərdən daha ağır zərbə vurdu. Ona görə də İbrahimbəyovu həmin terrorçulardan, işğalçılardan fərqləndirmək, ayırmaq mümkün deyil. O, bütün titullarından məhrum edilməlidir”.
1news.az