Avropa səfirləri xalqımızı Azərbaycan dilində təbrik etdi – VİDEO

Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar.
1news.az-ın verdiyi xəbərə görə, video Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində yayılıb.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Rəhbəri və 20 Üzv Dövlətin Bakıdakı Səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xalqmızı təbrik edib.
“Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək Azərbaycan”, - deyə təbrikdə bildirilir.
S.Xankişiyeva
595