UEFA millimizin oyunundakı erməni hakim-inspektoru dəyişdi
Millətlər Liqasının Monteneqro - Azərbaycan matçının hakim-inspektoru dəyişdirilib.
1news.az qol.az-a istinadən xəbər verir ki, sabah C liqasında keçiriləcək görüşdə bu vəzifəni avstriyalı Stefan Messner yerinə yetirəcək.
Daha öncə UEFA oyuna hakim-inspektor kimi erməni əsilli, fransalı Paskal Qaribyanı təyin etmişdi. Lakin Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənlərə görə o, Stefanla əvəzlənib.
Bundan əvvəl Lüksemburq - Kipr matçına təyinat alan Messnerlə Monteneqro - Azərbaycan görüşündə iştirak etməli olan Qaribyanın yerləri dəyişdirib.
Qeyd edək ki, sabah Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
1news.az
768