Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

20:35 - 11 / 10 / 2020
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini müxtəlif növ silahlardan atəşə tutması nəticəsində qadın və uşaqların həlak olması və xəsarət alması hallarına dair bəyanat yayıb.

Dövlət Komitəsindən 1news.az-a daxil olan bəyanatda deyilir:

“11 oktyabr 2020-ci il tarixdə gecə saat 02 radələrindən etibarən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya qurğuları və raketlərdən açılan atəş nəticəsində mülki əhalinin qəsdən hədəf seçilərək qətlə yetirilməsi davam etməkdədir.

10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutmuşdur. Erməni terroru nəticəsində qadın və uşaq daxil olmaqla 9 dinc sakin qətlə yetirilmiş, 34 nəfər yaralanmışdır. Eyni zamanda dağıntılar altında hələ də xilas edilməsini gözləyən günahsız insanlar qalmaqdadır. Gəncədə baş vermiş bu terror hadisəsi erməni siyasi-rəhbərliyinin vandal əməllərinin növbəti təzahürüdür. Təəssüflər olsun ki, Ermənistanın hərbi və insanlığa sığmayan cinayətləri hələ də cəzasız qalmaqdadır.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə azərbaycanlılara qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətllərinin bariz nümunəsidir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, eləcə də atəşkəsə məhəl qoymayan Ermənistanın bu qeyri-insani davranışlarına lazımi qiymət verilməli, günahsız insanların qanı yerdə qalmamalı və terrorçular layiqli cəzalarını almalıdırlar.

Bundan əlavə, Ermənistanın Cənubi Qafqazda ən böyük Azərbaycan İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, region üçün strateji əhəmiyyətli iri sənaye şəhəri Mingəçevirə atdığı raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi baş verməsəydi, bu hadisənin ciddi fəlakətlə nəticələnməsi qaçınılmaz olardı.

Biz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq beynəlxalq səviyyədə insan hüquqları, xüsusilə qadın və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 qətnaməsinə məhəl qoymayan Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək canlarına qəsd edilməsi ilə nəticələnən müharibə cinayətlərinə son qoyması üçün qətiyyətli addımlar atmağa və bu terrorçu əməllərinin qarşısının alınması istiqamətində lazımlı qərarlar qəbul etməyə çağırır, təcavüzkara layiqli şəkildə münasibət bildirmələrini tələb edirik”.

S.Xankişiyeva

 

Paylaş:
741

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər