Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir | 1news.az | Xəbərlər
Siyasət

Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir

16:40 - 19 / 01 / 2021
Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir

Azərbaycan Prezidentinin bu yaxınlarda işğaldan azad edilmiş Şuşaya səfəri böyük marağa səbəb olub və bu səfər Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malikdir. Azərbaycanın parlaq və müzəffər qələbəsi, Ermənistanın tam kapitulyasiyası ilə başa çatmış 44 günlük Vətən müharibəsi hələ uzun illər boyu dünyanın bir sıra ölkələrində öyrəniləcək, müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin İcraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut söyləyib.

Qutun fikrincə Prezidentin və onun ailə üzvlərinin bu yaxınlarda Şuşaya tarixi səfəri onun ənənələrə sadiqliyinin növbəti təzahürü olub.

İsrailli ekspert deyib: “Azərbaycan mədəniyyətinin bu incisi 28 il erməni işğalçıların əlində olub. Əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi olmuş bu şəhər Azərbaycan xalqına dünya şöhrətli Üzeyir Hacıbəyli və Rəşid Behbudov, həmçinin Xurşidbanu Natəvan, Bülbül, Xan Şuşinski və Niyazi kimi parlaq şəxsiyyətlər, incəsənət, poeziya və mədəniyyət xadimləri bəxş edib. Bu böyük şəxsiyyətlərin hamısı Azərbaycanın dilbər guşəsi olan Şuşada doğulub, orada boya-başa çatıb. Şuşa bütün azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Yerusəlim yəhudilər üçün nə deməkdirsə, Şuşa da azərbaycanlılar üçün elədir. Onlar bu yenilməz qalada doğulub və Azərbaycanın ucsuz-bucaqsız vadilərindən axıb gələn saf dağ selləri kimi minilliklər boyu Azərbaycanın gözəlliklərini yaradıblar”.

Arye Qut yazır ki, Prezident İlham Əliyevin müdrik və uğurlu rəhbərliyi, Azərbaycan əsgərlərinin və zabitlərinin mərdliyi, igidliyi, fədakarlığı və qəhrəmanlığı sayəsində Azərbaycan bu gözəl, tarixi şəhəri erməni işğalçılar tərəfindən məhv olmaqdan azad edib. Azərbaycanlılar Şuşanın itirilməsi ilə heç vaxt barışmazdılar, onlar hər kəs üçün müqəddəs olan Şuşaya qayıtmalı idilər və qayıtdılar!

Prezident Əliyev Şuşadakı çıxışında deyib: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

İsrailli ekspertin fikrincə Azərbaycan inamla və qətiyyətlə öz ərazilərini işğaldan tam azad edib. Bu məsələdə hər hansı yarımçıq variantlar nəzərdən keçirilmirdi. Müasir müharibədə hansı tərəfin döyüş əməliyyatlarını təmin etmək üçün daha mükəmməl yüksək texnoloji vasitələri varsa, həmin tərəf qalib gəlir. Azərbaycan otuz il erməni işğalı altında olmuş ərazilərini azad edərək qalib gəldi və Cənubi Qafqaz regionunda özünün geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünün artmasını bütün dünyaya sübut etdi.

Bakıda keçirilən Zəfər Paradında Azərbaycan Silahlı Qüvvələrinin təchizatında olan və bu yaxınlarda başa çatmış müharibənin gedişində fəal istifadə edilmiş əsas silah və hərbi texnika nümunələri nümayiş etdirildi. Şübhəsiz, Azərbaycan qoşunlarının uğur qazanmasında böyük rol oynamış Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatları və raket kompleksləri xüsusi diqqətə layiq idi.

İsrailli ekspert vurğulayır ki, bu gün Azərbaycan postsovet məkanında otuz ildən sonra öz ərazilərini işğaldan azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir.

Prezident İlham Əliyev Şuşaya tarixi səfəri zamanı deyib: “ Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq”.

Azərbaycan Prezidenti, Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev, güclü, yaxşı təchiz olunmuş müasir Azərbaycan ordusu ilə birlikdə kənardan müxtəlif təzyiqlərə baxmayaraq tarixi addım atmağa və işğal olunmuş torpaqları qaytarmağa, yəni bu işi qələbə ilə sona çatdırmağa nail oldu. Bunu hər siyasi lider bacarmazdı. Qeyd etmək lazımdır ki, strateji təfəkkür, güclü diplomatiya, dövlət başçısının qətiyyəti və dönməzliyi, habelə xalqın və ordunun ona inamı bu parlaq qələbəyə gətirib çıxardı.

S.Xankişiyeva

 

Paylaş:
379

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər