ABŞ-da etiraz aksiyalara başlayıb, saxlanılanlar var | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da etiraz aksiyalara başlayıb, saxlanılanlar var

14:36 - 21 / 01 / 2021
ABŞ-da etiraz aksiyalara başlayıb, saxlanılanlar var

ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra ölkənin bəzi şəhərlərində etiraz aksiyaları keçirilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Siettl və Portlend şəhərlərində toqquşmalar qeydə alınıb.

Siettldə aksiya iştirakçıları məhkəmə binasına və "Amazon" mağazasına ciddi ziyan vurub.

Portlenddə təxminən 150 nəfərdən ibarət qrup Demokrat partiyasının binasına hücum edib.

Aksiyalar nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.
 
1news.az
Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər