Dünya

74 yaşında ABŞ-ın ilk qadın maliyyə naziri oldu

11:08 - 26 / 01 / 2021
74 yaşında ABŞ-ın ilk qadın maliyyə naziri oldu

ABŞ Konqresinin Senatı namizədliyi Prezident Co Bayden tərəfindən irəli sürülmüş Canet Yellenin ölkənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermə ölkənin qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.

ABŞ-ın ilk qadın maliyyə naziri olacaq 74 yaşlı Yellen yaxın vaxtlarda and içəcək.

Qeyd edək ki, 2014-cü ildə o, ölkənin Mərkəzi Bankı funksiyasını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsində ilk qadın olmuşdu.

1news.az

Son xəbərlər

Bütün xəbərlər

Next TV