Türkiyədə hoteldə yanğın olub, 12 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə hoteldə yanğın olub, 12 nəfər xəsarət alıb

Oksana Orucova09:55 - Bu gün
Türkiyədə hoteldə yanğın olub, 12 nəfər xəsarət alıb

Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda hoteldə yanğın olub.

1news.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın zamanı 12 nəfər xəsarət alıb.

Altımərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın binanın fasadını əhatə edib.

Yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalan 7 nəfər təxliyə edilib, xəsarət alan 12 nəfər xəstəxanaya çatdırılıb.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər