Xocalı qurbanları Pakistanda yad edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Xocalı qurbanları Pakistanda yad edilib - FOTO

S.Xankişiyeva12:02 - 23 / 02 / 2021
Xocalı qurbanları Pakistanda yad edilib - FOTO

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi, bu ölkənin ixtisaslaşmış beyin mərkəzlərindən olan Münaqişənin Həlli İnstitutunun həmkarlığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Bombardmanlar, Qətliamlar, Soyqırımılar. İnsanlığa qarşı cinayətlər" adlı seminar təşkil edib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridinin ali qonaq kimi iştirak etdiyi seminarda Münaqişənin Həlli İnstitutunun rəhbəri Sabah Aslam, müdafiə üzrə analitik, ehtiyatda olan general-leytenant Amjad Şoaib, Kayde Azam Universitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Dr. Səlma Malik, Pakistanın bir sıra millət vəkilləri, diplomatlar, gənclər və universitet tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən, soyqırımı qurbanlarının yad edilməsindən və Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış sənədli filmin nümayişindən sonra Sabah Aslam seminarı giriş sözü ilə açaraq Xocalı Soyqırımının fəsadları və nəticələri haqqında məlumat verib.

Çıxışına ulu öndər Heydər Əliyevin Xocalı ilə bağlı söylədiyi “Xocalı qətliamı erməni şovinist və millətçilərinin tarix boyu azərbaycanlılara qarşı 200 il ərzində törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin davamıdır” fikri ilə başlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə və günahsız insanlarına qarşı cinayətlərini Vətən Müharibəsi dövründə də davam etdirdiyini və bunun, vaxtilə törədilmiş insanlığa qarşı olan Xocalı soyqırımı kimi qətliamların səbəbkarlarının hələ də cəzasız qalmasından qaynaqlandığını bildirib. 2-ci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin məqsədli olaraq münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini böyük dağıdıcı gücə malik raket hücumlarına məruz qoymaqla, körpə uşaq və qadınlar da daxil olmaqla yüzlərlə günahsız insanın qətlə yetirilməsinin müasir dövrümüzün erməni vəhşiliyi və qətliamın nümunəsi olduğunu qeyd edən səfir Əli Əlizadə beynəlxalq ictimaiyyətin müharibə cinayətlərinə qarşı birlik və qətiyyət nümayiş etdirməsi gərəkdiyini bildirib. Səfir Pakistan Milli Assambleyasında, eləcə də Pakistan Senatının və Assambleyanın müxtəlif daimi komitələrində, Pakistanın Xeybər Paxtunkva əyalətinin Assambleyasında da Xocalı soyqırımının tanınması və Ermənistanın Azərbaycan torpaqlarını işğalının sərt şəkildə qınanması ilə bağlı qəbul edilmiş qətnamələri xatırlayaraq, 44 günlük Vətən Müharibəsi dövründə də Azərbaycana siyasi və mənəvi dəstək verdiyinə, erməni haqsızlığına qarşı prinsipial mövqe sərgilədiyinə görə Pakistan dövlətinə və xalqına təşəkkür edib, Kəşmirdə də tezliklə sülhün bərqərar olacağına ümid etdiyini, BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qətnamələrinin də icra edilməsi gərəkdiyini bildirib.

Tədbirin ali qonağı, Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə Parlament Komitəsinin sədri Şəhriyar Afridi bu il Xocalı soyqırımının 29-cu ildönümünün qeyd olunduğunu vurğulayaraq orada ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş qətliamın bəşəriyyətə qarşı cinayət olduğunu bildirib. Federal nazir Xocalıda, Kəşmirdə, eləcə də dünyada insanlığa qarşı törədilmiş bu cinayətləri pisləyib, müsəlman ölkələrinin lehinə olan BMT qətnamələrinə əməl olunmadığını diqqətə çatdıraraq beynəlxalq təşkilatların bir çox məsələlərə ikili standartlardan yanaşdığını təəssüflə ifadə edib.

Seminarda çıxış edən, ehtiyatda olan general-leytenant Amjad Şoaib və Kayde Azam Universitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Dr. Səlma Malik də Xocalı soyqırımının tarixindən, ermənilər tərəfindən günahsız mülki əhalinin Xocalıda vəhşicəsinə qətlə yetirilməsindən söhbət açaraq, insanlığa qarşı törədilmiş bu cinayətləri şiddətlə qınayıblar.

Tədbirdə həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən foto-stendlər sərgilənib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar iştirakçılar arasında paylanıb. Pakistan ictimaiyyəti tərəfindən maraqla qarşılanan seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Paylaş:
307

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər