Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib | 1news.az | Xəbərlər
Siyasət

Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib

S.Xankişiyeva13:51 - 16 / 04 / 2021
Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin 2021-ci il 15 aprel tarixli sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı ilə bağlı tədbirlər planı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, tədbirlər planında Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması, Dövlət Statistika Komitəsi tərəfindən dövlət qulluqçuları haqqında statistik məlumatların dərc edilməsi, dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının orden, medal və fəxri adlarla təltif edilməsi, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi barədə təkliflərin hazırlanması kimi məsələlər əksini tapıb.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər