Son sutkada Azərbaycanda 3 nəfər koronavirusdan vəfat edib - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 334992 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 327907 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib, aktiv xəstə sayı 2134 nəfərdir.
Ölkədə son sutka ərzində 8618, hazırkı dövrədək isə 3597849 test aparılıb.
870