Ermənistan ordusunun daha bir əsgəri döyüldüyü üçün hospitala yerləşdirilib
Ermənistan silahlı qüvvələrinin hərbi hissələrinin birində nizamnamədən kənar münasibətlər zəminində baş verən daha bir cinayətin törədildiyi ortaya çıxıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ölkə KİV-lərində yayılan məlumatlarda əsgər Artur Petrosyanın fiziki və mənəvi təhqirlərə boyun əymədiyi üçün xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyüldüyü barədə xəbərlər yayılıb. Müxtəlif dərəcəli xəsarətlər alan hərbi qulluqçu hospitala yerləşdirilib.
Fakt barədə ictimaiyyətə məlumat veriməsə də, əsgər A.Petrosyandan döyülməsi ilə bağlı hərbi polis tərəfindən izahatlar alınıb.
840