Azərbaycan tankçıları ikinci oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan tankçıları ikinci oldu - FOTO

Qafar Ağayev10:14 - 25 / 08 / 2021
Azərbaycan tankçıları ikinci oldu - FOTO

Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.

Paylaş:
440

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər