Xalq Bank kredit faizlərini daha da endirdi!
Ölkənin ən böyük banklarından biri olan Xalq Bank 2 sentyabr tarixdən bütün fiziki və hüquqi şəxslər üçün kreditləri daha sərfəli, kredit müddətini daha uzun, şərtləri daha sadə etdi.
Artıq Xalq Bankda istehlak kreditini illik 12 %-dən, avtomobil kreditini 15 %-dən (“Autolux Azərbaycan” şirkətinin təqdim etdiyi avtomobillərə illik 10 %), biznes kreditini manatla 10 %-dən, xarici valyutada 5 %-dən, daxili ipoteka kreditini isə 22 il müddətinə, illik 9 %-dən başlayan faiz dərəcələri ilə əldə etmək mümkündür. Bank qeyri-yaşayış sahələrinin ipotekasını illik 10 %-dən başlayan faiz dərəcəsi ilə 15 il müddətinə təklif edir. İstehlak kreditlərinin müddəti 72 ayadək, əməkhaqqı layihələri üzrə təminatsız kreditlərin məbləği 20 000 manatadək artırılır. Kredit komissiyası 0,1 % təşkil edir.
Xalq Bankın təqdim etdiyi kredit və digər məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən zəldə edə bilərsiniz.
Reklam hüququnda