ABB-nin Mastercard ödəniş kartları ilə onlayn alış-veriş daha təhlükəsiz oldu! | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABB-nin Mastercard ödəniş kartları ilə onlayn alış-veriş daha təhlükəsiz oldu!

S.Xankişiyeva16:50 - 03 / 09 / 2021
ABB-nin Mastercard ödəniş kartları ilə onlayn alış-veriş daha təhlükəsiz oldu!

ABB-nin tərəfdaşlarından olan Mastercard Beynəlxalq Ödəniş şirkəti regionda yeni kibertəhlükəsizlik standartlarının tətbiqinə başlayıb.

Bu yenilik Mastercard kartı sahiblərinin onlayn alış-verişlərini daha təhlükəsiz şəkildə aparmalarına imkan yaradır. ABB-nin Mastercard sahibləri bu yenilikdən faydalanaraq onlayn alış-verişləri daha təhlükəsiz şəkildə yerinə yetirəcəklər.

Mastercard şirkətinin təqdim etdiyi yeni həll M4M (MDES for Merchants) adlanır. Sistem Tokenizasiya texnologiyası əsasında çalışır. Bu texnologiyanın köməyi ilə ödəniş əməliyyatı zamanı müştərinin bütün kart məlumatları maskalanır. Bu isə, əməliyyatların maksimum təhlükəsizliyinə təminat yaradır. Onlayn platformalarda, mobil tətbiqlərdə alış-veriş proseslərinin sürətlənməsinə, sadələşməsinə və təhlükəsizliyinə xidmət edir. Musiqi, video xidmətlərindən istifadə, kommunal haqların ödənişi kimi abunə əsaslı təkrarlanan ödənişlərdə müştərilərin işi xeyli asanlaşır.

Tokenizasiya texnologiyası bütün dünyada onlayn alış-verişlərin artması meyllərini nəzərə alaraq hazırlanıb. Azərbaycanda da onlayn alış-verişlərin həcmi getdikcə genişlənməkdədir.

ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bu yeniliyin onlayn alış-veriş, nağdsız ödəniş ənənələrinin inkişafına töhfə verəcəyini qeyd edib: “Kart hesablarının təhlükəsizliyi müştəri təcrübəsinin önəmli hissəsidir. ABB-nin Mastercardla birgə təqdim etdiyi yenilik kibercinayət hallarının qarşısının alınmasına, müştərilərin kart hesablarındakı vəsaitlərinin daha etibarlı şəkildə qorunmasına şərait yaradacaq”.

Mastercard beynəlxalq ödəniş sisteminin ölkə üzrə meneceri Erdem Çakar bildirib ki, hazırda dünyanın 45-dən çox ölkəsində 100 milyondan çox ödəniş kartında Mastercard-ın tokenizasiya texnologiyası tətbiq olunur: “Tokenizasiya həllini Azərbaycana da gətirməkdən qürurluyuq. Bu, kart istifadəçilərinin öz vəsaitlərinə nəzarət imkanlarını daha da artıracaq”.

ABB öz müştərilərinə Mastercard ödəniş kartlarının ən müxtəlif çeşidlərini təklif edir. Kartlarla buradan tanış olmaq və onları onlayn qaydada sifariş vermək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
791

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər