Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb

S.Xankişiyeva15:20 - 09 / 09 / 2021
Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb

Unibank işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikata layiq görülüb.

Fond rəhbərliyi tərəfindən Unibank KB ASC-nin Müşahidə Şürasının sədri Eldar Qəribova Qarabağ Dirçəliş Fondunun “İanə Sertifikatı” təqdim edilib. Təqdimat ötən gün Fondun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə həyata keçirilib. Qeyd edək ki, Unibank tərəfindən “Qarabağ Dirçəliş Fondu”na 100.000 manat vəsait köçürülüb.

Unibank öz dəstəyi ilə yanaşı, Fonda ianə etmək istəyən hər kəs üçün platforma da təqdim edib. İsər fiziki şəxslər, istərsə də sahibkarlar UBank mobil tətbiqinin “hökumət ödənişləri” bölümünə daxil olaraq, Qarabağ Dirçəliş Fonduna vəsait köçürə bilərlər.

Unibank 29 ildən artıq fəaliyyəti dövründə həyata keçirdiyi çoxsaylı KSM layihələri ilə ölkə bank sektorunda hər zaman fərqlənib. Qarabağın yenidən qurulmasında iştirakla yanaşı, şəhid və qazi ailələri ilə bağlı sosial layihələrin həyata keçirilməsi də Bankın KSM fəaliyyəti istiqamətində prioritetləri siyahısındadır. Ötən ilin noyabrından Unibank şəhid Şahin Allahyarovun övladını 18 ildən artıq müddətə himayəyə götürüb. Bu ilin martında şəhid Tural Məmmədovun ailə üzvləri Bank tərəfindən yeni evlə təmin olunub.

Unibank hazırda şəhid və qazi ailələri ilə bağlı dəstək layihələrini davam etdirir. Bank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi biznesinin yaradılmasıa dəstək olur. Təkcə iyul-avqust aylarında 4 şəhid ailəsi və bir nəfər qazi Unibank tərəfindən heyvandarlıq paketi ilə təmin olunub. Bundan başqa bankın müxtəlif layihələri, eləcə də “U CAN” layihəsi çərçivəsində davamlı olaraq şəhid və qazi ailələrinə baş çəkilir, onlara dəstək olunur.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank - Sənin Bankın!

Reklam hüququnda

Paylaş:
623

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər