atb360 mobil əlavəsi yeniləndi
Dövlət Bankı Azər Türk Bank müştərilərinin rahatlığı istiqamətində işlərini davam etdirir.
Belə ki, müştərilərin istifadəsində olan yenilənmiş, müasir, güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə Bank tərəfindən yeni funksiyalar artırılmışdır.
Artıq bankın müştərisi olmayan şəxslər tətbiqi yüklədikdən sonra atb kartı 3 il müddətinə ödənişsiz olaraq birbaşa tətbiqin daxilində sifariş edə bilərlər.
Bundan başqa müştərilər mobil əlavənin köməyi ilə tranzaksiya tarixçələrinin detallarını ( cashback, hesablardakı qalıqların faizləri və s.), eləcə də Bankın xidmət şəbəkəsi barədə bilgi əldə edəcəklər.
İstifadəçilər tətbiqdə tək mobil nömrə ilə deyil, artıq yeni üsulla - FIN-kod və kart məlumatlarını daxil edərək də qeydiyyatdan keçə biləcəklər.
Həmçinin Azər Türk Banka aid kartlar arasında köçürmələr zamanı şərh yazmaq imkanları var.
Qeyd edək ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.
Ətraflı məlumatı https://atb.az/ saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Reklam hüququnda