Azərbaycan neftinin qiyməti 85 dolları keçdi
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar artaraq 83,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 79,45 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,59 dollar artaraq 85,15 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il oktyabrın 4-də (83,56) qeydə alınıb.
1news.az
368