Apple Pay artıq ABB kart sahibləri üçün əlçatan olur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Apple Pay artıq ABB kart sahibləri üçün əlçatan olur

S.Xankişiyeva12:40 - 02 / 11 / 2021
Apple Pay artıq ABB kart sahibləri üçün əlçatan olur

Bu gündən etibarən ABB kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əmin və məxfi şəkildə edə bilərlər.

Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən ödəniş etmək imkanı qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-nun innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır.

Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodundan istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.

Bundan əlavə, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alış-veriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və mürəkkəb formaları doldurmağa lüzum qalmır. Apple Pay ilə yemək və ərzaq çatdırılması, onlayn alış-veriş, biletlər əldə etmək və digər ödənişlər aparmaq çox rahatdır. Apple Pay-dən həmçinin Apple Watch tətbiqlərində ödəmələr etmək üçün istifadə oluna bilər.

Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.

Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən ABB kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Müştəri ABB-nin öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir.

Apple Pay barədə daha ətraflı http://www.apple.com/apple-pay/ saytından tanış ola bilərsiniz. ABB haqqında daha ətraflı məlumat burada: https://abb-bank.az/

Reklam hüququnda

Paylaş:
651

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər