Azərbaycan – Qətər oyununun hakimləri açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan – Qətər oyununun hakimləri açıqlanıb

17:32 - 11 / 11 / 2021
Azərbaycan – Qətər oyununun hakimləri açıqlanıb

Azərbaycan – Qətər oyununun hakimləri müəyyənləşib.

1news.az xəbər verir ki, noyabrın 14-də baş tutacaq matçı Litvadan olan ədalət təmsilçiləri idarə edəcək.

Qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Ona həmyerliləri Aleksandr Radius və Dovidas Sujiedėlis yardım edəcək.

Dördüncü hakim funksiyasını azərbaycanlı referi Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər