Dünən evini tərk edən 3 koronavirus xəstəsi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən evini tərk edən 3 koronavirus xəstəsi saxlanıldı

S.Xankişiyeva09:04 - 23 / 11 / 2021
Dünən evini tərk edən 3 koronavirus xəstəsi saxlanıldı

Noyabrın 22-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər