Hikmət Rüstəmov : “Unikallıq əsas prinsip olmalıdır” | 1news.az | Xəbərlər
Müsahibə

Hikmət Rüstəmov : “Unikallıq əsas prinsip olmalıdır”

Qafar Ağayev11:54 - 13 / 07 / 2022
Hikmət Rüstəmov : “Unikallıq əsas prinsip olmalıdır”

1news.az -ın bu dəfəki müsahibi qiymətli daşlar üzrə mütəxəssis, zərgər Hikmət Rüstəmovdur. Gəlin , əvvəlcə onun fəaliyyət göstərdiyi sahəni tanıyaq.

- Peşə, sənət yoxsa biznes? Məşğul olduğunuz sahə sizcə bunlardan hansıdır?

Asan sualla başlamadıq amma yaxşı ki, bu barədə daha əvvəl də düşünmüşəm. Bilirsiniz ki,bizim işimiz qiymətli məhsullarladır. Söhbət o məhsullardan gedir ki, onların qiyməti birjalara yön verir. Elə məhsullarla işləyirik ki, tarixin qazandırdığı xüsusi iqtisadi dəyərə malikdilər. Bu gün kim qızılın dəyərinin birjalardakı rolunu inkar edə bilər? Və ya kim brilyantların minillik keçmişinin onlara qazandırdığı statusu tanımaya bilər? Ona görə də bu məhsullarla yaradıcılığımı göstərməyə çalışan biri kimi, bu işin biznes tərəfini görməzdən gələ bilmərəm. Amma sadəcə biznes də deyə bilmərəm. Çünki mən bu sahəni seçdiyim vaxt,yəni 14 yaşımdakı düşüncələrimi hələ də xatırlayıram. Həmin uşağın biznesdən başı çıxmırdı, bütün bunlardan xəbərsiz idi. Hiss etdiyi tək şey arzu idi - yaratmaq arzusu. Məhz bu arzu ilə hər gün sevdiyim iş üçün emalatxanama girirəm, istədiyim nəticəni alanadək çox kiçik bir məhsulun üzərində ən xırda detalları həvəslə işləyirəm. Buna görə bu mənim peşəmdir və xoşbəxtlikdən, seçdiyim peşə bir sənətkarlıq sahəsidir.

- Bəs sizin peşədə “uğur" sözünün qarşılığı nədir? Nə zaman özünüzü işinizdə uğurlu biri kimi hiss edirsiniz?

- Məncə, bizim sahədə əsas uğur özünəməxsusluqdur. Təsəvvür edin ki, siz Üst Paleolit dövründən bəri mövcud olan bir sahədəsiniz və yaradıcı olmalısınız. Elə bir şey yaratmalısınız ki, təkrarı olmasın. Bu qədər təkamül və inqilablara məruz qalan, sənaye və texnologiyanın inkişafı ilə trayektoriyasını tamamilə dəyişən bir sahədə məncə özünəməxsusluq yarada bilmək ən çətin missiyadır. Ona görə də uğur sərhədsiz düşünməyi bacaranlarındır. Hazırladığım məhsul insanların üzündə təəccüb yarada bilirsə və mənə suallar ünvanlayırlarsa bu zaman uğurlu iş ortaya qoyduğuma inanıram.

- Bəs ilham? Əgər yaradıcılıqdan danışırıqsa, sizin sahədə kimdən və ya nədən ilhamlanmaq doğru olar?

- Əslində, bu suala birmənalı cavab vermək çətindir. Mən düşünürəm ki, unikallıq əsas prinsip olmalıdır. Əlbəttə ki, hansısa zərgərdən və ya hansısa brenddən ilhamlanaraq yeni bir məhsul yaratmaq olar. Amma təkrarlamaq doğru deyil. Məsələn, mən ilham almaq üçün beynəlxalq sərgilərə üz tuturam. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən brendlərin və zərgərlərin işini görmək həqiqətən ilhamvericidir. Sonuncu iştirak etdiyim sərgi OroArezzo oldu. Mənim “zirvə" adlandırdığım Italiya zərgərliyinə aid möhtəşəm kolleksiyalarla, innovativ yanaşmalarla tanış oldum. Amma öz kolleksiyamı yaradan zaman heç bir kolleksiyaya istinad etmirəm və ya heç bir məhsulu təkrarlamıram. Dediyim kimi, bu mənim üçün əsas unikallıqdır.

- Müştəriləriniz üçün də əsas olan unikallıqdır?

- Təəssüf ki, heç də həmişə unikallıq əsas götürülmür. Müştərilərin əksəriyyəti zərgərin yanına məşhur brendlərin kolleksiyasına aid əsərlərin fotoları ilə gəlirlər. Yaxşı zərgər həmin məhsulun eynisini hazırlaya bilər amma sizcə, bu nə qədər doğrudur? Məncə, qlobal miqyasda Azərbaycanı təmsil edən zərgərlik brendinin olmamasının əsas səbəblərindən biri də budur. Brendlərin imitasiyası olan məhsullar tələb gördükcə, zərgərlərin işin texniki tərəfindən yaradıcı tərəfinə keçməsi çətinləşir. Beləliklə, kifayət qədər peşəkar zərgərləri olmasına baxmayaraq, ölkəmiz beynəlxalq bazara rəqabətqabiliyyətli zərgərlik brendi çıxara bilmir.

- Öz kolleksiyanız üzərində işlədiyinizi dediniz. Hazırda hansı mərhələdəsiniz və gözləntiləriniz nələrdir?

- Bəli, hazırda kolleksiyanın dizayn mərhələsindəyəm. Məncə bu mərhələ bizim işin yaradıcı hissəsidir və bu mərhələyə özümü öncədən hazırlamışam. Çalışdım ki, dizayn mərhələsinə keçməzdən əvvəl çoxlu səyahət edim. Çünki, səyahət etdikcə düşüncələrimin üfüqünün genişləndiyini hiss edirəm. Getdiyim ölkədə gördüyüm hansısa kolleksiyadan da ilham ala bilirəm, ilk dəfə gördüyüm hansısa ekzotik bitkidən də. Bu dəyişir və kolleksiyaya aid hər məhsulu hazırlayarkən fərqli təcrübələrimə əsaslanaraq dizayn düşünürəm.

- Burada brend mövzusuna qayıtmaq yerinə düşər. Hədəfləriniz arasında global bazara zərgərlik brendi çıxarmaq var?

- Əslində, bu mənim prioritet hədəflərimdəndir. Kolleksiyanın məqsədi də elə budur. Özümə belə konkret hədəflər qoymağı sevirəm. Məncə, bu məni işimdə daha məhsuldar edir. Buna görə düşünürəm ki, ən qısa zamanda kolleksiyanı bitirib, təqdim edəcəm. Daha sonra isə beynəlxalq bazarda rəqabətqabiliyyətli brend ilə Azərbaycan zərgərliyini təmsil etməyi hədəfləyirəm.

Paylaş:
1063

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər