Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib

17:23 - 02 / 08 / 2022
Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün telefon danışığı olub.

1news.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının praktiki aspektlərini müzakirə ediblər.

Liderlər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılaşıblar.

1news.az

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər