Ceyhun Bayramov və Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağdakı vəziyyəti müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov və Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Qafar Ağayev21:17 - 03 / 08 / 2022
Ceyhun Bayramov və Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

3 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən 1news.az-a verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.

Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törədildiyi, 3 avqust tarixində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin bu təxribatlarının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında bəyanatların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. Nazir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
743

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər