Markov: Qarabağda gərginliyin əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir | 1news.az | Xəbərlər
Siyasət

Markov: Qarabağda gərginliyin əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir

15:23 - 04 / 08 / 2022
Markov: Qarabağda gərginliyin əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir

Azərbaycanın Qarabağ zonasında gərginliyin ciddi artmasının əsas səbəbi Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib. Onun sözlərinə görə, avqustun 3-də baş verən insidentin ən başlıca səbəbi Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinin demilitarizasiyasının aparılmamasıdır:

“Orada hələ də qanunsuz olaraq erməni silahlı birləşmələri qalır, hansı ki, hazırda onlar orada döyüşür. Bundan başqa, hələ də Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya olunmaması da regionda gərginlik yaradır. Digər mühüm məqam isə Zəngəzur dəhlizinin reallaşmamasıdır. Azərbaycan tərəfi bu dəhlizin öz ərazisindən keçən hissəsini reallaşdırır. Bu şərtlərdə potensial münaqişə üçün şərait yaranıb”.

Rusiyalı siyasi ekspert rəsmi İrəvanın 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməməsinin hərbi münaqişənin daha da genişlənməsinə səbəb olacağını vurğulayıb: “Əgər Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsə, hərbi münaqişə davam edəcək, hətta genişlənəcək. Bu şərtlərdə Azərbaycanın təkbaşına Qarabağı, eləcə də Laçın rayonunu demilitirizasiya qərarı hər kəs tərəfindən, həm Azərbaycan əhalisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır. Rusiya sülhməramlı qüvvələrinin güc yolu ilə demilitarizasiyanı həyata keçirməsi üçün təəssüf ki, tam mandatı yoxdur. Rusiya ancaq Ermənistanı üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə yola gətirə və çağıra bilər”.

1news.az

Paylaş:
594

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər