“Azərbaycan səfirliyinə hücum edən insanların əməllərini şiddətlə qınayıram” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan səfirliyinə hücum edən insanların əməllərini şiddətlə qınayıram” - Deputat

17:17 - 05 / 08 / 2022
“Azərbaycan səfirliyinə hücum edən insanların əməllərini şiddətlə qınayıram” - Deputat

"Azərbaycanın Londonda yerləşən səfirliyinə hücum edən insanların əməllərini şiddətlə qınayıram".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev bir qrup radikal dini dəstə üzvünün Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin Londonda yerləşən binasına hücumuna münasibət bildirərkən deyib.

“4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qaldı. Səfirliyimizin binasına daxil olaraq vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb.

Mən bu hadisədə iştirak edən insanların əməllərini şiddətlə qınayır və Böyük Britaniyanın da 18 aprel 1961-ci il tarixində qəbul olunmuş, ölkəmizin isə 21 iyul 1992-ci ildə qoşulduğu diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına dair öhdəliyi olduğunu bir daha vurğulayıram.

Eyni zamanda Azərbaycan bayrağına qarşı edilmiş xəta, habelə səfirliyimizin əməkdaşlarının hadisə zamanı keçirdiyi narahatlıq qəbuledilməzdir. Düşünürəm ki, Böyük Britaniya hökuməti tərəfindən açılmış cinayət işi tezliklə məsələyə hüquqi qiymətin verilməsini təmin edəcək və baş vermiş hadisədə məsul olan qurumlar götürdükləri öhdəliklərə dair öz açıqlamalarını geçikdirməyəcəklər”- deyə, M.Əfəndiyev qeyd edib.

1news.az

Paylaş:
663

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər