Səfir: “Londonda azərbaycanlı diplomatlar təhdid və təhlükə altında fəaliyyətlərini davam etdirir” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Londonda azərbaycanlı diplomatlar təhdid və təhlükə altında fəaliyyətlərini davam etdirir”

10:42 - 05 / 08 / 2022
Səfir: “Londonda azərbaycanlı diplomatlar təhdid və təhlükə altında fəaliyyətlərini davam etdirir”

"Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır".

1news.az-ın xəbərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib:

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır. Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər”.

O qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər:

"Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər".

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər