Prezidentin köməkçisi: İşğaldan sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi: İşğaldan sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb

16:25 - 09 / 08 / 2022
Prezidentin köməkçisi: İşğaldan sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb

Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.

“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb.

1news.az

Paylaş:
452

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər