Rusiya XİN: Laçın dəhlizi ilə bağlı məsələ üçtərəfli bəyanatın əsasında həll olunmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN: Laçın dəhlizi ilə bağlı məsələ üçtərəfli bəyanatın əsasında həll olunmalıdır

13:32 - 11 / 08 / 2022
Rusiya XİN: Laçın dəhlizi ilə bağlı məsələ üçtərəfli bəyanatın əsasında həll olunmalıdır

Laçın dəhlizi ətrafındakı məsələ 2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalıdır.

1news.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.

“Üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub”, - o bildirib.

İvan Neçayev Rusiyanın regionda situasiyanı diqqətlə izlədiyin də əlavə edib.

1news.az

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər