Bu ölkələrə səfər etmək təhlükəlidir | 1news.az | Xəbərlər
Dünya

Bu ölkələrə səfər etmək təhlükəlidir

16:59 - 12 / 08 / 2022
Bu ölkələrə səfər etmək təhlükəlidir

Koronavirus pandemiyası iki ildən çoxdur ki, dünyanı ağuşuna alıb. Üstəlik COVID-19-un bir-birindən təhlükəli ştamının yaranması dünya ölkələrini yeni problemlə qarşı qarşıya qoyub.

Əgər 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində Çin, Hindistan və digər ölkələr pandemiya şəraitində səfərlər üçün təhlükəli məkanlar adlanırdısa, son aylar bu siyahı tamamilə yenilənib və dəyişib. İndi tamamilə başqa ölkələr pandemiya dövründə təhlükəli olan ölkələr adlanırlar. Üstəlik, meymunçiçəyi xəstəliyini də bura əlavə etsək, bəzi ölkələrdə pandemik və epidemik vəziyyətin nə qədər ağır olduğu məlum olur.

1news.az “Report”-a istinadən dünyanın ən təhlükəli ölkələrinin siyahısını təqdim edir.

Araşdırmalar, statistik göstəricilər sübut edir ki, hazırda pandemiya baxımından səfər üçün ən təhlükəli ölkə Yaponiyadır. “Gündoğar ölkə”də təkcə son sutkada 196 732 nəfər insan koronavirusa yoluxub, 250 nəfər ölüb. Bununla da Yaponiyada koronavirusa yoluxanların sayı 14 618 271 nəfərə, ölənlərin sayı isə 34 075 nəfərə çatıb.

Üstəlik, ötən ay Yaponiyada meymunçiçəyi xəstəliyinə yoluxma da qeydə alınıb.

Artıq uzun müddətdir koronavirusa ümumi yoluxma və ölüm sayına görə dünyada birinci olan ABŞ-da son gün ərzində daha 175 nəfər koronavirusun qurbanı olub, 26 703 insanda COVID-19 aşkarlanıb.

ABŞ hökumətinin meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. ABŞ-da 6,6 min nəfərdən çox insan bu virusa yoluxub.

Qərbi Avropa ölkəsi İtaliyada da vəziyyət olduqca acınacaqlıdır. Ölkənin səhiyyə orqanlarının ümumiləşmiş məlumatına görə, son sutkada 145 koronavirusdan ölüb, daha 31,699 təhlükəli virus aşkarlanıb.

Avstraliyada son sutkada pandemiya qurbanlarının sayı 133 nəfər təşkil edib, 27 329 nəfərdə koronavirus aşkarlanıb.

Siyahıdakı ilk yerlərdə Meksikanın da adı var. Şimali Amerika ölkəsində 95 nəfər koronavisusdan ölüb, daha 15 738 nəfərdə COVID-19 aşkar edilib.

Qonşu İranda da vəziyyət ürəkaçan deyil. İslam Respublikasının səlahiyyətli orqanlar bildirir ki, koronavirus daha 90 nəfərin həyatına son qoyub, COVID-19 xəstələrinin siyahısına əlavə olaraq 5 635 nəfər qoşulub.

Fransa son bir gündə 88 vətəndaşını COVID-19-dan itirdiyini, daha 27 081 insanda təhlükəli virusun aşkarlandığını açıqlayıb.

Macarıstanda da son sutkada onlarla insan koronavirusdan vəfat edib. Məlumata görə, 80 nəfər koronavirusun qurbanı olub, 18 078 insanda təhlükəli virus aşkarlanıb.

Siyahıya həmçinin Rusiya (son sutkada 56 ölüm, 23 771 yeni yoluxma), Cənubi Koreya (bir gündə 50 ölüm, 151 734 yeni yoluxma), Tailand (sutkalıq 32 ölüm, 2 335 yoluxma), Polşa (31 ölüm, 4,482 yeni yoluxma), Rumıniya (25 ölüm), Filippin (25 ölüm) və digərləri daxildir.

1news.az

Paylaş:
383

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər