İrəvanda ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı artıb | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı artıb

Qafar Ağayev08:57 - 16 / 08 / 2022
İrəvanda ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı artıb

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha 1 nəfərin meyiti aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata əsasən, ölənlərin ümumi sayı 16 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 16 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2-si İran və 1-i Rusiya vətəndaşı olmaqla 18 nəfər itkin düşüb.

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər