Ukrayna ordusu Rusiyanın “Vaqner” qrupunun qərargahını vurub – Paylaşımla ifşa olunublar
Ukraynada müharibə aramsız şəkildə davam etdiyi bir vaxtda dünya gündəminə Ukraynadan vacib bir xəbər gəldi. Ukrayna ordusu ölkənin şərqində Rusiyanın “Vaqner” qrupunun qərargahına zərbələr endirib.
1news.az Hurriyet.com-a istinadən xəbər verir ki, məlum olub ki, sözügedən qərargahın yeri sosial şəbəkə paylaşımı vasitəsilə ifşa edilib.
Müharibənin ilk günündən ölkənin paytaxtı Kiyevi əsas hədəf seçən rus ordusu həftələrlə davam edən mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib.
Qeyd edək ki, Rusiya bölgənin bir çox şəhərini hədəfə alaraq “Donbasdakı son qala” kimi də tanınan Lisiçanskın nəzarətini ələ keçmişdi.
Ukrayna ordusunun Rusiyanın nəzarətində olan Luqanskdakı Popasna qəsəbəsində Rusiyanın özəl döyüş təşkilatı “Vaqner”in qərargahına zərbələr endirdiyi bildirilir.
Hücum barədə Luqansk qubernatoru Serhiy Hayday və bir neçə rusiyayönlü müharibə müxbiri məlumat veriblər.
Ayşən İsmayılova