“Tesla” at arabasını yük maşını kimi qəbul etdi
At arabasını müəyyən edə bilməyən Teslanın görüntüləri sosial şəbəkədə paylaşılıb. Avtomobil at arabasını yük maşını kimi qəbul edib.
Elektrikli avtomobillərə olan marağın getdikcə çoxaldığı son günlər bir çox şirkət öz elektrikli avtomobillərini təqdim edir.
Bu avtomobillər öz süni intellekt texnologiyaları ilə sürücüsüz hərəkət edə bilir.
Başda “Tesla” və “Google” olmaqla bir çox şirkət sürücüsüz texnologiyalarını inkişaf etdirmək üçün çoxlu kapitallar qoyur.
Bundan əvvəl “Tesla”nın yeni tam sürücüsüz sisteminin azyaşlı piyadaları müəyyən edə bilməməsi məlum olmuşdu.
1news.az-ın “En son haber” saytına istinadən verdiyi xəbərə görə, “Tesla”nın “Full Self Driving” proqramının beta versiyası at arabasını ağırtonnajlı yük maşını kimi qəbul edib.
Daha sonra “Tesla” at arabasını kiçik yük maşını kimi qəbul edib. Sonda isə at arabası nəqliyyat vasitəsinin sensor ekranında yük maşınının arxasınca gedən adam kimi görülüb.
"Tesla"nın idarə panelində at arabasının yük maşını kimi qəbul edilməsi sosial şəbəkədə ən çox danışılan mövzulardan biri olub.
Şirkət bu səhvlə bağlı hələ heç bir açıqlama verməsə də, “Tesla”nın süni intellekti əvvəllər də internetdə çox yayılan bir çox görüntülərə səbəb olmuşdu.
1news.az