Bakı metrosunun “Bənövşəyi” xəttinə 6 vaqonlu qatarlar buraxılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunun “Bənövşəyi” xəttinə 6 vaqonlu qatarlar buraxılacaq

14:09 - 23 / 08 / 2022
Bakı metrosunun “Bənövşəyi” xəttinə 6 vaqonlu qatarlar buraxılacaq

"Bakı Metropoliteni" QSC-nin "Bənövşəyi" xəttində hərəkət edən 5 vaqonlu qatarlar ilk növbədə 6 vaqonlu, tədricən isə 7 vaqonlu qatarlarla əvəz olunacaq.

1news.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov bildirib.

"Artıq 6 vaqonlu qatarlar "Xocəhəsən" elektrik deposuna göndərilib. Hazırda onlarda sazlanma, sınaq və digər işlər həyata keçirilir. "Xocahəsən" stansiyasından başlayan bu xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə turulub. Sərnişinlərin tələbatını ödədiyi üçün hələ ki, orada 5 vaqonlu qatarlar hərəkət edib, amma tədricən vaqon sayı artırılacaq", - deyə o, qeyd edib.

1news.az

Paylaş:
202

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər