Azərbaycan və Qazaxıstan arasında 9 sənəd imzalanıb
Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası çərçivəsində 9 sənəd imzalanıb.
1news.az-ın verdiyi xəbərə görə, imzalanan sənədlər sırasında Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qazaxıstan Respublikasının Türküstan vilayəti arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında “Protokol layihəsi” var.
Bundan başqa tərəflər arasında aşağıdakı sənədlər imzalanıb:
- Azərbaycan Respublikasının Mingəçevir şəhəri ilə Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum;
- Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum;
- Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş;
- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın "“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandum;
- “”QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi", Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
- “"QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, "Cool İnfinity" və "Foodcity Alliance" arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
- “KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi.
1news.az