“Başqa bir alternativ yox idi, Azərbaycan torpaqları mütləq geri qaytarılmalı idi” - DEPUTAT | 1news.az | Xəbərlər
Siyasət

“Başqa bir alternativ yox idi, Azərbaycan torpaqları mütləq geri qaytarılmalı idi” - DEPUTAT

10:02 - 27 / 08 / 2022
“Başqa bir alternativ yox idi, Azərbaycan torpaqları mütləq geri qaytarılmalı idi” - DEPUTAT

"Cənab prezident öz çıxışlarında qeyd etmişdi ki, nəyi nə vaxt necə etməyi çox yaxşı bilirik".

Bunu Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov 1news.az-a Laçının Azərbaycan ordusunun nəzarətinə keçməsi ilə bağlı açıqlamasında söyləyib:

"Ali Baş Komandanımız vaxtilə söyləmişdi ki, biz iki halda - geosiyasi reallıqlar və zaman xeyrimizə işləyəndə həlledici addımlar atacağıq. Doğrudan da, 44 günlük Vətən müharibəsi Ali Baş komandanın dediklərini yüz faiz təsdiqlədi.

Bəzi siyasi opponentlərimiz “Laçın nə vaxt qayıdacaq?” deyərək hakimiyyəti ittiham edirdilər. Cənab Prezident öz çıxışlarında qeyd etmişdi ki, nəyi nə vaxt necə etməyi çox yaxşı bilirik. 5 avqusta qədər zaman ayırmışdı ki, Laçını və Zabux və Sus kəndlərini tərk etsinlər.

2020-ci ildə 10 Noyabr sənədi imzalanarkən cənab prezident çox təkidli səyləri hesabına ora bir bənd də əlavə etdi: Laçın dəhlizinə alternativ bir marşrut açılsın. Çünki Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına düşürdü. Bu səbəbdən də Laçın üzərində yurisdiksiyamızın bərpa olunmasına ehtiyac yaranırdı. Cənab Prezident məhz bu səbəbdən alternativ marşrut xəttinin çəkilməsi ilə bağlı bəndi həmin sənədə daxil etdi və həmin sənədə görə 3 il ərzində bu xəttin çəkilməsi planlaşdırılmışdı. Alternativ yolun çəkilişi heç bir il olmadı, cəmi 10 ay ərzində reallaşdı. Rusiya sülhməramlılarının postları isə yeni yola köçürülməyə başladı. Nəticədə Zabux və Sus kəndləri üzərində yurisdiksiyası da təmin edildi".

"“Xankəndi, Xocalı və bir neçə ərazilərimiz üzərində bayrağmız nə vaxt dalğalanacaq?” deyənlər var. Mənə elə gəlir ki, bu hadisələrdən sonra belə ifadələr işlətməyin mənası yoxdur" deyən deputat Xankəndi və digər ərazilər üzərində də üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib:

"Ermənilər yenə öz xislətini ortaya ortaya qoydular, meşələri və evləri yandırdılar. Yəni yenə də öz kimliklərini sübut etdilər. Biz 5 Avqust demişdik, ermənilər yalvarıb-yaxardılar ki, 20 gün də möhlət verin. Vaxt verilsə də, bunun başqa bir alternativi yox idi, Azərbaycan torpaqları mütləq geri qaytarılmalı idi. Və artıq cənab prezident öz “Twitter” səhifəsində də qeyd edib ki, bayrağımız artıq Laçında dalğalanır. Eyni zamanda əsas kəndlər Azərbaycan yurisdiksiyasına keçib. Deməli, eyni məntiqlə uzaq olmayan bir perspektivdən Xankəndi və digər ərazilər üzərində də üçrəngli bayrağımız dalğalanacaq. Buna heç kəsin şəkk-şübhəsi olmasın. Çünki güclü siyasi lider var, yenilməz ordu var və mütəşəkkil xalq var. Bunlar üçü bir yerdə olanda istənilən tarixi zəfərə imza atmaq mümkündür. Necə ki biz buna şahidlik edirik. Necə ki dünya ictimaiyyəti buna şahidlik edir".

Ayşən İsmayılova

Paylaş:
393

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər