Azərbaycanda general saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda general saxlanıldı

10:09 - 02 / 09 / 2022
Azərbaycanda general saxlanıldı

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

1news.az

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər