Britaniyanın yeni Baş naziri məlum oldu
Böyük Britaniyanın yeni Baş naziri bəlli olub.
1news.az xəbər verir ki, Liz Trass Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub. O, bu postda Boris Consonu əvəz edəcək.
Qeyd edək ki, B.Conson sabah kraliça II Elizabetə öz istefasını təqdim edəcək, kraliça isə yeni seçilmiş baş nazirə hökuməti formalaşdırmağı tapşıracaq.
Xatırladaq ki, B.Conson iyulun əvvəlində hökumət daxilində yaranan fikir ayrılıqları fonunda istefasını elan etmişdi. L.Trass Boris Conson hökumətində xarici işlər naziri vəzifəsində işləyib.
1news.az
445