Ermənistan məktəblərində Azərbaycan dili tədris olunur | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunur

13:31 - 08 / 09 / 2022
Ermənistan məktəblərində Azərbaycan dili tədris olunur

Ermənistanda yuxarı sinif şagirdləri fakültativ fənn kimi Azərbaycan dilini, eyni zamanda, Türkiyə türkcəsini seçir.

1news.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, Nazirlik Azərbaycan dilini və Türkiyə türkcəsini yuxarı siniflərdə istəklərə görə, gürcü və fars dillərini isə əsas dil kimi öyrənməyi təklif edib.

1news.az

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər