Türkiyə XİN rəhbəri Azərbaycana dəstək ifadə edib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN rəhbəri Azərbaycana dəstək ifadə edib

14:32 - 13 / 09 / 2022
Türkiyə XİN rəhbəri Azərbaycana dəstək ifadə edib

“Azərbaycanın torpaqları 30 ildir işğal altında idi. Diplomatik səylər, Minsk qrupu, beynəlxalq sistem, ya da beynəlxalq aktorlar 30 il işğal altında olan Azərbaycan torpaqlarının qaytarılması üçün heç nə etmədilər”.

1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Nəticədə Azərbaycanın səbri tükəndi və Ermənistanın təxribatları qarşısında Vətən müharibəsini başlatdılar, Qarabağ Zəfərini əldə etdilər”, - Çavuşoğlu qeyd edib.

Türkiyə XİN rəhbəri Ermənistanın son təxribatı fonunda Azərbaycana dəstək ifadə edib.

1news.az

Paylaş:
285

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər