Bu şəxslər Türkiyəyə vizasız gedə bilməyəcəklər | 1news.az | Xəbərlər
Dünya

Bu şəxslər Türkiyəyə vizasız gedə bilməyəcəklər

15:37 - 14 / 09 / 2022
Bu şəxslər Türkiyəyə vizasız gedə bilməyəcəklər

Türkiyə Türkmənistan vətəndaşlarına viza rejimi tətbiq edib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar imzalayıb.

Türkiyə Nazirlər Şurasının 2007-ci il 19 iyul tarixli qərarı ləğv edilib.

Türkmənistan XİN bir müddət əvvəl Türkiyəyə öz vətəndaşları üçün viza tətbiq edilməsi ilə bağlı müraciət edib.

Qeyd edək ki, ümumvətəndaş pasportuna sahib olan Türkmənistan vətəndaşları turistik məqsədlərlə Türkiyədə vizasız 30 gün qala bilirdilər.

Aynurə Xudaverdiyeva

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər