Böyük Britaniya səfiri İlham Əliyevə təşəkkür etdi | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniya səfiri İlham Əliyevə təşəkkür etdi

12:26 - 14 / 09 / 2022
Böyük Britaniya səfiri İlham Əliyevə təşəkkür etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould Prezident İlham Əliyevə təşəkkür edib.

1news.az xəbər verir ki, səfir bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

“Ülyahəzrət Kraliça II Elizabetin vəfatı münasibətilə matəm kitabını imzalamağa səfirliyə gəldiyi üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident tərəfindən göstərilən ehtiram və diqqət ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir”, - deyə səfir paylaşımında qeyd edib.

Xatırladaq ki, İlham Əliyev sentyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyində olub, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.

Aydan Xudaverdiyeva

Paylaş:
260

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər